ŞUŞA, 13 iyun. TELEQRAF
Biz inkişaf üçün növbəti perspektivləri bir neçə istiqamətdə görürük. Bunlardan ilki, regional bazarların, xüsusilə logistika, hava nəqliyyatı, yanacaq və sürtkü materiallarının təchizatı sektorlarında birgə tədqiqatların aparılmasıdır.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstanın Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi sədrinin müavini Bolat Sambetov Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumunda deyib.
“Daha sonra məlumat mübadiləsinin həyata keçirilməsi, tərəfdaş ölkələrin iri təchizatçılarının qiymət siyasəti barədə məlumatları operativ şəkildə əldə etməsinin təmin olunmasını deyə bilərəm. Bundan əlavə, rəqəmsal bazarların tənzimlənməsi və Türk Dövlətləri Təşkilatı məkanında fəal inkişaf edən İT platformaları və bazarları üçün ümumi qaydaların hazırlanması vacibdir”, - o qeyd edib.