Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 2025–2026-cı tədris ilində 6315 şagird məzun adını qazanıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli Ağdam rayon Xıdırlı kəndində ilk dəfə keçirilən "Son Zəng" tədbirində deyib.
S.Məsimli bildirib ki, region üzrə fəaliyyət göstərən orta məktəblərdə təhsil alan məzunlar üçün ənənəvi “Son zəng” tədbirləri təşkil olunub:
"Məzunlar məktəb illərində əldə etdikləri bilik və bacarıqlarla həyatlarının yeni mərhələsinə qədəm qoyurlar".
Qarabağ Regional Təhsil İdarəsinin müdiri məzunları təbrik edərək onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb. O, məzunların Azərbaycanın inkişafına töhfə verən layiqli vətəndaşlar kimi yetişəcəklərinə inandığını bildirib.