BAKI, 4 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp iyunun 15-17-də Fransada keçiriləcək G7 sammitində iştirak edəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə açıqlamanı özünün "Truth Social" sosial şəbəkə hesabında paylaşıb.

“Mən G7 sammiti üçün Fransaya yollanacağam”, - deyə ABŞ lideri yazıb.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə dialoqun əhəmiyyətinə inandığını bildirmiş, eyni zamanda G7 ölkələrini tənqid etmişdi.