BAKI, 13 iyun. TELEQRAF
Futbol üzrə dünya çempionatının D qrupunda ilk turun ABŞ və Paraqvay milliləri qarşılaşır.
Teleqraf xəbər verir ki, oyunun birinci hissəsinə əlavə edilmiş dəqiqələrdə ABŞ komandası üçüncü qolu Paraqvay millisinin qapısına vurub.
ABŞ millisinin üzvü Folarin Baloqan oyunda ikinci qolunu vurub.
05:33
***
Futbol üzrə dünya çempionatının D qrupunda ilk turun ABŞ və Paraqvay milliləri qarşılaşır.
Teleqraf xəbər verir ki, oyunun 31-ci dəqiqəsində ABŞ ikinci topu Parqvay millisinin qapısından keçirib.
05:09
***
Futbol üzrə dünya çempionatının D qrupunda ilk turun ABŞ və Paraqvay milliləri qarşılaşır.
Teleqraf xəbər verir ki, oyunun 7-ci dəqiqəsində hesab açılıb. Paraqvay millisinin oyunçusu Bobadilla Dayman topu öz qapısından keçirib.
05:01
***
Futbol üzrə dünya çempionatının D qrupunda ilk turun növbəti oyunu başlayıb.
Teleqraf xəbər verir ki, qrup mərhələsinin birinci turu çərçivəsində ABŞ və Paraqvay milliləri qarşılaşır.
Görüş iyunun 13-də Bakı vaxtı ilə saat 05:00-da Los-Anceles şəhərindəki stadionda start götürüb.
Qeyd edək ki, D qrupunda ABŞ və Paraqvayla yanaşı, Avstraliya və Türkiyə milliləri də mübarizə aparır.