BAKI, 13 iyun. TELEQRAF
Beyləqan rayonunda kanalda batan şəxsin meyiti tapılıb.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, rayonun Eyvazallar kəndi ərazisində kanala düşərək itkin düşən 65 yaşlı Əhliman Sarıyevin meyiti aşkar edilib.
Məlumata görə, meyit kişinin batdığı ehtimal olunan əraziyə yaxın yerdən tapılıb.
Onun cəsədi kanaldan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.