BAKI, 13 iyun. TELEQRAF
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, 2008-ci il təvəllüdlü İlkin Hüseynovun idarə etdiyi "VAZ" markalı avtomobil kənd sakini, 1964-cü il təvəllüdlü Ramazan Əliyevi vurub.
Ağır xəsarətlər alan piyada dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.