BAKI, 13 iyun. TELEQRAF
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 12-də ümumi çəkisi 47 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 3,4 ton çəkidə 16345 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.