BAKI, 13 iyun. TELEQRAF
İran milli komandasının Tiyuanadakı təlim bazasının stadionunun yaxınlığında çürümüş cəsəd aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Actu Foot AFP məlumat yayıb.
Məlumata görə, meyit qara torbaya bükülmüş vəziyyətdə tapılıb. Cəsədin üzərində zorakılıq əlamətləri aşkarlanıb.
Hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd edilib.
Xatırladaq ki, İran millisi DÇ-2026-da Misir, Yeni Zelandiya və Belçika ilə birlikdə G qrupunda yer alır.