BAKI, 25 aprel. TELEQRAF
Estoniya hökuməti Rusiyadan idxal olunan məhsullara xüsusi gömrük rüsumlarının tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Ölkənin Baş naziri Kristen Mixalın sözlərinə görə, toplanacaq vəsaitlərin Ukraynanın müharibədən sonrakı bərpasına yönəldilməsi nəzərdə tutulur.
Hökumət başçısı hazırda bu təklifin müvafiq səviyyələrdə müzakirə edildiyini diqqətə çatdırıb.