BAKI, 23 mart. TELEQRAF
İsrailin PUA zərbəsi nəticəsində Livanın cənubundakı Xiyam şəhərinin müdafiəsinə rəhbərlik edən şiə Hizbullah hərəkatının komandiri Əli Əsəfi öldürülüb.
Teleqraf xəbər verir ki, Əsəf şəhərə doğru irəliləyən İsrail qüvvələrinə qarşı döyüşlər təşkil edən "pusqu mühəndisi" hesab olunurdu.
Hizbullah komandirin ölümünü təsdiqləyib.
Xiyam Mərcayun düzənliyi ilə Ərqub bölgəsi arasında yerləşən şərq sərhəd sektorunda strateji bir qaladır. Bekaa vadisindən gələn şiə döyüşçülərinin təchizat xətləri oradan keçir.
Bu şəhərin ələ keçirilməsi İsrailin Litani çayının cənubunda 10 kilometrlik bufer zonası yaratmaq planının əsas məqsədlərindən biridir. Xiyama daxil olan İsrail qoşunları şiə yaraqlılarının atəş mövqelərini sıradan çıxarır.