BAKI, 14 may. TELEQRAF
Qazaxıstanın Şah-Şah adlı ərazisində Qızılorda Vilayət Muzeyinin əməkdaşları dinozavr qalıqları tapıblar.
Teleqraf xəbər verir ki, tapıntılar arasında uzunluğu təxminən 12 metr olan tarbozavr skeleti də var.
Ərazi Qızılordadan 250 kilometr məsafədə yerləşir. Məlumata görə, milyonlarla il əvvəl burada dinozavrlar və digər nəsli kəsilmiş heyvanlar yaşayıblar.
Muzeyin elmi işçisi Asxat Saylau bildirib ki, bundan əvvəl də həmin ərazidə təxminən 86 milyon il əvvəl yaşamış otyeyən dinozavr - aralozavrın sümükləri tapılıb.
Aşkarlanan qalıqların daha ətraflı araşdırılması üçün sahə mütəxəssislərinə təhvil verilməsi planlaşdırılır.