BAKI, 14 may. TELEQRAF

Gələn həftə Bakıda Avropa İttifaqı - Azərbaycan Təhlükəsizlik Dialoqunun 7-ci iclası keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç bu gün Bakıda Avropa Günü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir ikitərəfli əlaqələrin yüksək dinamika ilə inkişaf etdiyini bildirib.

M.Kuyunçiç əməkdaşlığın gələcək addımlarına toxunaraq növbəti həftə mühüm görüşlərin baş tutacağını diqqətə çatdırıb:

"Amma biz nailiyyətlərimizlə kifayətlənə bilmərik. Gələn həftə tərəfdaşlığımızda daha bir mühüm mərhələ qeyd olunacaq, Bakıda Avropa İttifaqı - Azərbaycan Təhlükəsizlik Dialoqunun 7-ci iclası keçiriləcək və Aİ nümayəndələri Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda iştirak edəcəklər".