BAKI, 14 may. TELEQRAF
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) mayın 14-də keçirilən növbədənkənar iclasında deputatlığa 45 namizədin qeydiyyatını etibarsız sayıb.
Teleqraf xəbər verir ki, bu barədə MSK məlumat yayıb.
Öz namizədliklərini geri götürmək barədə ərizə təqdim edənlər arasında aşağıdakı partiyaların seçki siyahılarında yer alan ümumilikdə 45 namizəd var:
“Respublika” Partiyası
“Mən hamıya qarşıyam” Demokratik Partiyası
“İşıqlı Ermənistan” Partiyası
“Erməni Milli Konqresi” Partiyası
“Birlik Qanadları” Partiyası
“Milli Dirçəliş və Milli Oyanış” Partiyası
“Proqressiv Mərkəzçi” Partiyası
“Respublika Uğrunda Demokratiyanın Müdafiəçiləri İttifaqı” Partiyası
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.