BAKI, 11 mart. TELEQRAF
İran Silahlı Qüvvələrinin Baş Qərargahı müsəlmanları və region ölkələrini ABŞ və İsrail hərbi birləşmələrinin yerləşdiyi yerlər barədə məlumat verməyə səsləyib.
Teleqraf xəbər verir ki, bu barədə İran Baş Qərargahının nümayəndəsi bəyanatla çıxış edib.
Bəyanatda ABŞ və İsrailin mülki əhalidən "canlı qalxan" kimi istifadə etdiyi bildirilir:
"Düşmən qüvvələrinin dislokasiya yerlərinin açıqlanması mülki əhaliyə dəyə biləcək ziyanın qarşısını almağa kömək edəcək. Bu məlumatların təqdim edilməsi qarşı tərəfin hərbi hədəflərinə daha dəqiq zərbələrin endirilməsini təmin edəcək".