BAKI, 21 sentyabr. TELEQRAF
"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ange Mutsinzi Ruanda, İssa Cibrila Nigeriya yığmasına çağrılıb.
Quima isə Mozambik seçməsinin düşərgəsində olacaq.