BAKI, 21 sentyabr. TELEQRAF
Ötən həftə azad edilmiş ərazilərdə 204 piyada əleyhinə mina, 65 tank əleyhinə mina, 745 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Bu barədə Teleqraf-a Minatəmizləmə Agentliyindən məlumat verilib.
Bildirilib ki, 1840,3 ha ərazi minalardan təmizlənib.