BAKI, 21 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev telefon danışığı aparıblar.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Qazaxıstan lideri Rusiya rəhbərini Dövlət Dumasına seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edib.

Bundan əlavə, dövlət başçıları ikitərəfli gündəliyi müzakirə edib və ölkələr arasında münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyiblər.