BAKI, 8 yanvar. TELEQRAF

Venesuela hakimiyyəti xeyli sayda məhbusu dərhal azad etmək qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının (parlamentinin) prezidenti Xorxe Rodriges " Venezolana de Television" kanalında bildirib .

"Milli birlik və dinc yanaşı yaşamaq naminə Bolivar hökuməti xeyli sayda məhbusu azad etmək qərarına gəlib", - o qeyd edib.

Rodrigezin sözlərinə görə, Karakasın qərarı Latın Amerikası respublikasının çiçəklənməsinə töhfə kimi qəbul edilməlidir. Siyasətçi əlavə edib ki, məhbusların azad edilməsi artıq başlayıb.