BAKI, 9 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ali baş komandan kimi onun səlahiyyətlərinə yeganə məhdudiyyət şəxsi mənəviyyatı və düşüncə tərzidir.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "The New York Times" qəzetinə müsahibəsində danışıb.
“Bir şey var - mənim öz mənəviyyatım, öz düşüncəm. Məni dayandıra biləcək yeganə amil də budur”, - deyə ABŞ Prezidenti qeyd edib.
O, beynəlxalq hüquqa ehtiyac duymadığını da vurğulayıb və bunu heç kimə zərər vermək niyyətində olmaması ilə əsaslandırıb.