BAKI, 9 yanvar. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Mingəçevir şəhərində 3 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.