BAKI, 9 yanvar. TELEQRAF
“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nda dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda aşağıdakı dəyişikliklər edilib.
1. 1.4-cü bənddə “bank” sözü “xəzinə” sözü ilə əvəz edilib. “1.6. Dövlət sifarişi ilə təyinatlı tədbirlər publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) büdcədənkənar vəsaitləri hesabına həyata keçirilə bilər.” bəndi yeni qaydada əlavə edilib. Bu qaydanın 3. 5.3-cü bənd isə ləğv edilib.