BAKI, 9 yanvar. TELEQRAF
“Mediasiya haqqında” Qanununda dəyişikliklərlə bağlı Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”na 3.9-cu bənd əlavə edilib: “3.9. Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti beş ildir.”
Həmçinin “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda bir sıra dəyişikliklər edilib:
“2.3.2-1. Qanunun 36.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, mediasiya xərclərini ödəmək;”
2.2. 7-ci hissə üzrə: 2.2.1. 7.1-ci və 7.4-cü bəndlər aşağıdakı redaksiyada verilib:
“7.1. Mediasiya prosesi Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanıldığı, Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda isə tərəflərin və ya onlardan birinin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan başlanmış sayılır".