BAKI, 9 yanvar. TELEQRAF

ABŞ Karib hövzəsində "Olina" neft tankerini ələ keçirib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bu, Vaşinqtonun Venesuelanın neft ixracını məhdudlaşdırmaq məqsədilə son həftələrdə ələ keçirdiyi beşinci tanker hesab edilir. "Olina" gəmisi Timor-Leste bayrağı altında Venesueladan yola çıxıb.

Qeyd edilib ki, bu əməliyyatlar ABŞ-ın Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində neft daşıyan “kölgə donanması” şəbəkəsinə qarşı həyata keçirilir.