BAKI, 9 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Venesuelada keçirilən əməliyyat zamanı ABŞ Silahlı Qüvvələrinə məxsus helikopterlərin iki pilotunun yaralandığını açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
“İki son dərəcə cəsur helikopter pilotu kifayət qədər ciddi xəsarətlər aldı. Lakin hazırda onların vəziyyəti yaxşıdır”, - deyə ABŞ lideri bildirib.
O, eyni zamanda Venesuela tərəfinin böyük itkilər verdiyini də qeyd edib: “Təəssüf ki, qarşı tərəf çoxlu insan itirdi. Nikolas Maduronun evi minlərlə hərbçinin olduğu bir fortun mərkəzində yerləşirdi. Biz birbaşa həmin fortun mərkəzinə daxil olduq. Kim düşünərdi ki, bunu itkisiz etmək mümkündür”.