BAKI, 9 yanvar. TELEQRAF
ABŞ hakimiyyəti Qrenlandiya sakinlərini Danimarkadan ayrılmağa razı salmaq üçün onlara maliyyə ödənişləri təklif etmə imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, sözügedən variant artıq amerikalı rəsmilər arasında müzakirə olunur. Bildirilir ki, mümkün ödənişlərin məbləği hər bir şəxs üçün 10 min dollardan 100 min dollara qədər dəyişə bilər.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens Qrenlandiyanın Amerika raketdən müdafiə sistemi və ümumilikdə qlobal təhlükəsizlik baxımından əhəmiyyət daşıdığını bildirib.