BAKI, 9 yanvar. TELEQRAF
"Venesuelaya qarşı hücum və hərbi təcavüz ABŞ ilə münasibətlərin tarixində ləkə kimi qalacaq, döyüşlərdə həlak olanlar isə qəhrəmandırlar".
Teleqraf xəbər verir ki, bunu Venesuellanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ-nin hərbi təcavüzünə qarşı ölkəni müdafiə edən yaralı və həlak olanların təltif edilməsi mərasimində bildirib.
“Venesuela xalqı nüvə dövlətinin alçaq hərbi təcavüzünə layiq deyildi. Bu addım tariximizdə və ABŞ ilə münasibətlərimizdə ləkə olaraq qalacaq”, - Rodrigez ABŞ xalqına müraciət edərək deyib.
Rodrigez vurğulayıb ki, döyüşlərdə həlak olan kişi və qadınlar, eləcə də Venesuela ilə vahid xalq kimi ABŞ-nin qanunsuz təcavüzünə qarşı vuruşan kubalı döyüşçülər qəhrəmandırlar. O həmçinin bildirib ki, paytaxt Karakasda vətəni qoruyarkən həlak olanların xatirəsinə abidə ucaldılacaq.