BAKI, 9 yanvar. TELEQRAF

Münxen Təhlükəsizlik Konfransının (Almaniya) sədri Volfqanq İşinger Avropa və Rusiya arasında birbaşa danışıqların hazırda heç bir perspektivinin olmadığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, “Reuters”ə bildirib.

İşingerin sözlərinə görə, Rusiya liderləri Avropaya “ABŞ-nin vassalı” kimi baxır, qitə ölkələri ilə dialoqda maraqlı deyillər.

Konfrans sədri əlavə edib ki, Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar təklifi də şübhə ilə qarşılanır. Buna görə də o, Rusiya hökumət nümayəndələrini fevralda Münxen Təhlükəsizlik Konfransına dəvət etməyib. Dəvət olsaydı belə, onsuz da gəlməyəcəklərini və digər iştirakçılar tərəfindən narazılıqla qarşılanacağını söyləyib.