BAKI, 9 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Latın Amerikasında narkokartellərə qarşı mübarizədə ABŞ ordusunun quru əməliyyatları mərhələsinə* keçəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, ABŞ artıq dəniz yolu ilə həyata keçirilən narkotik qaçaqmalçılığının 97 faizinin qarşısını alıb.

“İndi isə kartellərə qarşı quruda zərbələr endirməyə hazırlaşırıq”, – deyə Tramp bildirib.