BAKI, 9 yanvar. TELEQRAF
Suriya hərbçiləri Hələb şəhərində vəziyyətin gərginliyinin azaldılması məqsədilə atəşkəs rejimi tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, atəşkəs yerli vaxtla saat 03:00-dan (Bakı vaxtı ilə 05:00) etibarən Hələbin Şeyx Məqsud, Əşrəfiyyə və Bəni-Zeyd rayonlarında qüvvəyə minib. Məlumata əsasən, silahlı qruplar qeyd olunan əraziləri tərk etməlidir. Suriya ordusu isə onların müşayiətini və təhlükəsiz keçidini təmin etməyi öhdəsinə götürüb.
Qeyd olunur ki, silahlı birləşmələrin çıxarılması mexanizmi daxili təhlükəsizlik qüvvələri ilə birgə təşkil olunacaq. Nazirlik vurğulayıb ki, qərar şəhərdə gərginliyin azaldılmasına, dövlət qurumlarının fəaliyyətinin bərpasına və mülki əhalinin qorunmasına yönəlib.