BAKI, 9 yanvar. TELEQRAF

İranın paytaxtı Tehranda kütləvi etirazlar şəhər infrastrukturuna ciddi ziyan vurub.

Teleqraf xəbər verir ki, bu barədə şəhər meri Əlirıza Zakani bildirib.

O deyib ki, etirazçılar nəticəsində 1 xəstəxana zədələnib, 2 tibbi mərkəz talan edilib, 26 bank dağıdılıb, 25 məscid yandırılıb, həmçinin hüquq-mühafizə orqanlarının postları hücuma məruz qalıb:

"Tezliklə xidmət göstərən fövqəladə və təcili yardım qrupları dağıntıların aradan qaldırılması üzərində işləyir. Etirazçılar həmçinin 10 dövlət müəssisəsinə, 48 yanğınsöndürmə maşınına, 42 avtobus və təcili yardım maşınına, eləcə də 24 mənzilə ziyan vurublar".