BAKI, 9 yanvar. TELEQRAF
Bakının Nizami rayonunda oğurluq olub.
Teleqraf-ın xəbərinə görə, Nizami rayonu ərazisində bir nəfər polisə müraciət edərək bildirib ki, gecə saatlarında ona məxsus avtomobilin 350 manat dəyərində 2 ədəd akkumulyatoru oğurlanıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı R.Tağıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.