BAKI, 9 yanvar. TELEQRAF

Tehran 2026-cı ildə Rusiyadan İrana səfər edən turistlərin sayının əhəmiyyətli dərəcədə artacağına ümid edir.

Teleqraf xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali ilin yekunlarına dair TASS-a müsahibəsində bildirib.

“Biz iki ölkə arasında turizm əlaqələrinin inkişafı üçün mütləq səylər göstərəcəyik. Bu sahədə mövcud əməkdaşlıq səviyyəsini nəzərə alaraq çalışırıq və ümid edirik ki, Rusiyadan İrana gələn turistlərin sayı 2026-cı ildə əhəmiyyətli dərəcədə artacaq”, – deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, Tehran Moskva ilə turizm sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsini prioritet istiqamətlərdən biri hesab edir.