BAKI, 9 yanvar. TELEQRAF
İrəvanda Ermənistan və İran Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, siyasi məsləhətləşmələr Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın və İran XİN rəhbərinin siyasi məsələlər üzrə müavini Məcid Təxt Rəvançinin rəhbərliyi altında keçirilib.
Tərəflər iki ölkə arasındakı münasibətlərin gündəliyi, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar. Görüş zamanı əməkdaşlığın aktiv dinamikası və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Həmçinin energetika, infrastruktur, səhiyyə, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivləri və konkret layihələrin həyata keçirilməsi müzakirə olunub.