BAKI, 9 yanvar. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyatın əsas səbəbinin neft olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Lukaşenko bu fikirləri “Mənəvi dirçəlişə görə” mükafatının təqdimetmə mərasimində səsləndirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp zərbənin motivini açıq şəkildə ifadə edib.

“ABŞ Prezidentinə yalnız təşəkkür edə bilərəm ki, bunu açıq deyir ki, onlara neft lazımdır. Təəssüflə deyirəm ki, prosesin əvvəlində müəyyən mənada bu vəziyyətə cəlb olunmuşdum və amerikalılara venesuelalıların əməkdaşlığa hazır olduğunu çatdırmışdım. Bu cür axmaqlıqlara yol vermək lazım deyildi, çünki sonradan bundan çıxmaq çox çətin olacaq”, – deyə Lukaşenko bildirib.

Onun sözlərini "BelTA" nəşri yayıb.