BAKI, 9 yanvar. TELEQRAF

İran dinc məqsədlərə xidmət edən nüvə proqramının inkişafını davam etdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS-a verdiyi müsahibədə bildirib.

Diplomatın sözlərinə görə, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvü kimi üzərinə götürdüyü öhdəliklər çərçivəsində dinc nüvə fəaliyyətini davam etdirəcək.

Kazem Cəlali qeyd edib ki, İranın nüvə sahəsində strateji doktrinası dini prinsiplərə, mənəvi dəyərlərə və milli təhlükəsizlik maraqlarına əsaslanır.