BAKI, 9 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronu əfv etmək niyyətində deyil.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, jurnalistlər Ağ Evin rəhbəri ilə müsahibə zamanı ABŞ-də ittiham olunan bir sıra şəxslərin, o cümlədən Nikolas Maduronun əfv edilməsi ilə bağlı sual ünvanlayıblar. Tramp isə adları çəkilən şəxslər barədə əfv qərarı vermək niyyətində olmadığını açıqlayıb.