BAKI, 9 yanvar. TELEQRAF
“İrandakı iğtişaşların iştirakçıları mümkün sərt şəkildə cəzalandırılacaqlar”.
Teleqraf xəbər verir ki, bu barədə İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Mohseni-Ejei bildirib.
“İğtişaşlarda və üsyanda iştirak edənlərin cəzası qəti, maksimum və qanunun tam miqyasında olacaq”, - Ejei vurğulayıb.