BAKI, 9 yanvar. TELEQRAF
Ali Məhkəmədə ehtiyat kadr bazasının formalaşdırılması üzrə müsabiqə elan edilir.
Məhkəmənin mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, müsabiqə Ali Məhkəmənin Aparatında qulluq keçmək istəyən şəxslərin bilik, ümumi dünyagörüşü və məhkəmə sistemində təcrübə səviyyəsini müəyyən etməklə ehtiyat kadr bazasının formalaşdırılması məqsədilə həyata keçirilir.
Müsabiqə yazılı və şifahi imtahan olmaqla 2 mərhələdən ibarətdir.
Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan, hüquqşünaslıq ixtisası üzrə ali təhsil almış və məhkəmə orqanlarında inzibati vəzifələr üzrə 2 il staja malik olan şəxslər iştirak edə bilərlər.
Müsabiqənin şərtləri ilə buradan tanış olmaq olar.