BAKI, 9 yanvar. TELEQRAF
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "Crew-11" missiyasının ekipajını Beynəlxalq Kosmik Stansiyadan vaxtından əvvəl Yerə qaytarmaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə NASA-nın rəhbəri Jared Isaacman mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, yanvarın 7-də stansiyada olan astronavtlardan birində sağlamlıqla bağlı problemlər yaranıb.
“Hazırda onun vəziyyəti stabildir. Mən ekipajın planlaşdırılandan daha tez Yerə qaytarılması barədə qərar qəbul etdim”, - deyə Ayzekman bildirib.
Qeyd edək ki, yanvarın 8-də də astronavtın səhhətində yaranan problemlə əlaqədar "Crew-11" missiyasının vaxtından əvvəl başa çatdırıla biləcəyi barədə məlumat verilmişdi.