BAKI, 9 yanvar. TELEQRAF

Ukraynaya qarşı həyata keçirilən "Oreşnik" ballistik raket hücumu Avropa İttifaqı və ABŞ-yə ünvanlanmış xəbərdarlıq kimi qiymətləndirilir.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Anita Hipper bildirib.

Qeyd edək ki, yanvarın 9-na keçən gecə Rusiya ordusu Ukraynaya “Oreşnik” ballistik raketindən istifadə edərək genişmiqyaslı hücum edib. Hadisə nəticəsində 4 nəfər həlak olub, 25-i isə yaralanıb.