BAKI, 9 yanvar. TELEQRAF
“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişikliklər edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Memarlıq abidələri” bölməsinin 18-ci bəndinin “Yerləşdiyi ünvan” sütununda “Cuğa” sözü “Gülüstan” sözü ilə əvəz edilib.