BAKI, 9 yanvar. TELEQRAF
Türkiyə Superkubokunun finalında baş tutacaq "Qalatasaray" - "Fənərbağça" oyununun başlama saatı dəyişdirilib.
Teleqraf Türkiyə Futbol Federasiyasına istinadən xəbər verir ki, "Atatürk Olimpiya stadionu"nda yanvarın 10-da keçiriləcək qarşılaşma qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.
Daha əvvəl görüşün saat 21:30-da başlanması nəzərdə tutulub.