BAKI, 19 dekabr. TELEQRAF
ABŞ "Green Card" - Amerikada daimi yaşayış statusu almaq hüququ verən viza uduşu proqramını dayandırır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem bildirib.
Proqramın dayandırılmasına səbəb kimi ABŞ-nin Braun Universitetində baş verən atışmada şübhəli bilinən şəxsin 2017-ci ildə məhz bu proqram çərçivəsində ölkəyə daxil olması göstərilib.
Xatırladaq ki, dekabrın 13-də ABŞ-nin Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetinin kampusunda silahlı şəxs tərəfindən hücum həyata keçirilib. Hadisə nəticəsində 8 nəfər həyatını itirmiş, 9 nəfər isə yaralanmışdı.