Çexiya Daxili İşlər Nazirliyinin yeni rəhbəri Lubomir Metnar nazirliyin binasının girişindən Ukrayna bayrağının endirilməsi barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, "RIA Novosti"nin məlumatına görə, Ukrayna bayrağı 24 fevral 2022-ci ildən Kiyevlə həmrəyliyin ifadəsi olaraq DİN binasında asılmışdı.
Nazirliyin mətbuat katibi Ondrjej Kratoşkanın sözlərinə görə, bundan sonra nazirliyin girişində standart olaraq yalnız Çexiya və Avropa İttifaqının bayraqları dalğalanacaq.
O bildirib ki, digər dövlətlərin bayraqları yalnız həmin ölkələrin rəsmi nümayəndələrinin səfərləri zamanı asılacaq.
Qeyd edək ki, daha əvvəl Çexiyanın baş naziri Andrey Babiş Ukraynaya maliyyə dəstəyinin dondurulmuş Rusiya aktivləri hesabına deyil, başqa yollarla təmin edilməli olduğunu bəyan etmişdi.