BAKI, 17 dekabr. TELEQRAF
"İsrailin Qəzza sektorunda atəşkəs rejimini pozması vasitəçiləri çətin vəziyyətə salır".
Teleqraf xəbər verir ki, bunu Vaşinqtonda jurnalistlərə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani bildirib.
Al Tani qeyd edib ki, təcili həllini gözləyən əsas məsələ humanitar yardımın Fələstin anklavına çatdırılmasıdır: "Biz yardımın heç bir şərt olmadan, xüsusilə insanların yerləşdirilməsi üçün çadırların təmin olunmasının vacibliyini vurğuladıq".
O bildirib ki, ölkəsi Qəzza sektorunda sülhməramlı kontingentin yerləşdirilməsi planı ilə tanış deyil: "Bu barədə bizdə məlumat yoxdur. Tərəflər ABŞ ilə vəzifələrin müəyyənləşdirilməsi istiqamətində texniki koordinasiyanı davam etdirirlər".