BAKI, 18 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onun hakimiyyətə gəlişindən əvvəl ölkəyə 25 milyon qeyri-qanuni miqrant daxil olub.

Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə vətəndaşlara müraciətində danışıb.

Trampın sözlərinə görə, bu şəxslərin bir qismi həbsxanalardan, islah müəssisələrindən və psixiatriya klinikalarından çıxmış insanlar olub.

ABŞ lideri vurğulayıb ki, qeyri-qanuni miqrantlar arasında narkotik alverçiləri, cinayətkar qruplaşma üzvləri və minlərlə qatil də var.

Onun fikrincə, bu vəziyyət Bayden administrasiyanın sərhəd siyasətinin nəticəsi olub və bir daha təkrarlanmamalıdır.