BAKI, 18 dekabr. TELEQRAF
Slovakiyanın baş naziri Robert Fitsoya məxsus təyyarə Brüssel hava limanında ciddi şəkildə zədələnib və uçuş üçün yararsız sayılıb.
Teleqraf xəbər verir ki, hadisə baş nazirin Avropa İttifaqı sammiti üçün Brüsselə gəlişindən dərhal sonra baş verib.
Robert Fitso sosial şəbəkə hesabında yazıb ki, təyyarə yerüstü texnika ilə toqquşma nəticəsində zədələnib və buna görə də Brüsseldə qalaraq təmir olunacaq.