BAKI, 18 dekabr. TELEQRAF
Tailand–Kamboca sərhədində baş verən döyüşlərdə ölən taylandlı hərbçilərin sayı 21-ə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Tailandın Kral Quru Qoşunları məlumat yayıb.
Bildirilib ki, 17 dekabrda Sisaket və Sakeu əyalətlərində gedən döyüşlər zamanı daha iki hərbçi həlak olub.
Qeyd edək ki, sərhəddə silahlı toqquşmalar 7 dekabrdan başlayıb. Tailand tərəfinin məlumatına görə, 8 dekabrda Kamboca qoşunları artilleriya atəşi açıb, buna cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna zərbələr endirib.
Kamboca tərəfi hərbi itkilərlə bağlı rəsmi məlumat yaymayıb. Tailand isə toqquşmalar nəticəsində 200-dən çox kambocalı hərbçinin öldüyünü iddia edir.