BAKI, 18 dekabr. TELEQRAF
Almaniya kansleri Fridrix Mers ölkəsinin Ukraynanın təhlükəsizliyinə təminat verən dövlətlərdən biri olmalı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, onun sözlərinə görə, Almaniya NATO üzrə müttəfiqləri ilə birlikdə atəşkəsdən sonra Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə töhfə göstərməlidir. Kansler davam edən diplomatik prosesin uğurla yekunlaşacağına ümid etdiyini də vurğulayıb.
Bununla yanaşı, Fridrix Mers Almaniya hərbçilərinin Ukraynaya mümkün göndərilməsi ilə bağlı birbaşa suala cavab verməkdən yayınıb. Söhbət beynəlxalq çoxmillətli qüvvələrin tərkibində mümkün iştirakdan gedib.
Qeyd edək ki, “Politico” nəşri daha əvvəl yazmışdı ki, Mers Almaniyanı Avropa İttifaqında aparıcı gücə çevirmək cəhdlərində bəzən həddini aşır.