BAKI, 18 dekabr. TELEQRAF
Narkotik istintaqı çərçivəsində barələrində saxlanılma qərarı verilən, amma ünvanlarında tapılmayan Cihan Şensözlü, Melisa Döngel və Yusuf Güney barəsində axtarış elan edilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Yerli mətbuat bəzi məşhurların istintaqdan yayınmaq üçün xeyli əvvəl ölkəni tərk etdiklərini iddia edib.
Xaricdə olduqları müəyyən edilən iş adamı Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı, model Şevval Şahin və model Mert Vidinli haqqında da saxlanılma qərarı çıxarılıb.
***
09:36
İstanbul Baş Prokurorluğunun apardığı narkotiklərlə bağlı istintaq çərçivəsində müğənni Aleyna Tilki, influser Danla Bilic, aktrisa İrem Sak və Mümine Senna Yıldız İstanbul Jandarm Komandanlığının əməkdaşları tərəfindən saxlanılıblar.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
İstintaq çərçivəsində oktyabrın 8-də sosial media fenomenləri Dilan Polat və Engin Polat, müğənni İrem Derici, aktyor Kubilay Aka, aktyor Kaan Yıldırım, müğənni Hadise Açıkgöz, aktrisa Berrak Tüzünağaç, sosial media fenomeni Duyqu Özaslan Mutaf, aktrisa Demet Evqar Babataş, aktrisa Zeynep Meriç Aral Keskin, aktrisa Özge Özpirinçci, aktyor Mert Yazıcıoğlu, vəkil Feyza Altun, aparıcı Defne Samyelinin qızları Derin Talu və Deren Talu, müğənni Ziynet Sali, aktrisa Birce Akalay, teatr aktyoru Metin Akdülger və aktrisa Ceren Moray Orcan da saxlanılmışdı.
Bu şəxslərdən qan və saç nümunələri götürülərək narkotik testi aparılmışdı. Aparılan analizlərdə Dilan Polat, Derin Talu, Deren Talu, Birsen Berrak Tüzünataç və Birce Akalayın saç nümunələrində kokain, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın qan nümunələrində isə THC-COOH adlı narkotik maddə aşkarlanmışdı.
Testlər zamanı Engin Polat, İrem Derici, Feyza Altun və Ziynet Sali Safterin qan və saç nümunələrində reseptlə verilən tibbi dərmanların təsiredici maddələrinə rast gəlinmişdi.
Analizlərdə Duyqu Özaslan Mutaf, Demet Evqar Babataş, Mert Yazıcıoğlu, Zeynep Meriç Aral, Ceren Moray Orcan, Hadise Açıkgöz və Özge Özpirinçci Yamantürkün saç və qan nümunələrində heç bir maddə aşkar edilməmişdi.